Sultan Əbdülməcidin nəticəsi Nyu-Yorkda dəfn edilib
Sultan Əbdülməcidin nəticəsi Nyu-Yorkda dəfn edilib
10 Yanvar 2017 / 15:02 / Baxış sayı: 964
Font1 Font2 Font3 Font4
Загрузка...

Osmanlı İmperiyasının 31-ci sultanı Sultan Əbdülməcidin nəticəsi, xanədanın 44-cü başçısı Osman Bəyazid Osmanoğlu Nyu-Yorkda dəfn edilib.

ABŞ-da 93 yaşında vəfat edən O.Osmanoğlunun dəfn mərasimində Osmanlı ailəsinin və türk icmasının üzvləri iştirak ediblər.

1924-cü ildə Parisdə anadan olan sonuncu xanədan başçısı uzun illər Nyu-York kitabxanasında çalışıb.

ABŞ-da “Mister Bəy” kimi tanınan O.Osmanoğlu 2009-cu ilin sentyabr ayında İstanbulda vəfat edən Osman Ərtoğrul Əfəndidən sonra xanədanın başçısı olmuşdu.

Osmanlı ailəsinin yeni başçısı Suriyanın paytaxtı Dəməşqdə yaşayan Dündar Əfəndi olacaq. (“Trend”)

Bizimxeber.az 



Şərh əlavə edin






Yuxarı Geri Ana səhifə