Fotoaparatının kreditini ödəyə bilmədi, özünü asdı – BAKIDA FACİƏ
Fotoaparatının kreditini ödəyə bilmədi, özünü asdı – BAKIDA FACİƏ
06 Yanvar 2017 / 10:34 / Baxış sayı: 784
Font1 Font2 Font3 Font4
Загрузка...
Bakıda intihara cəhd olub. Sabunçu rayon Prokurorluğundan verilən məlumata görə, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 27 yaşlı Müslümov Natiq Tahir oğlu yaşadığı evin həyətində özünü asıb.

Valideynləri tərəfindən dərhal xilas edilən N. Müslümov xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti normal qiymətləndirilir. Məlumata görə, N. Müslümov şadlıq evlərindən birində fotoqraf kimi çalışır. Bir müddət əvvəl o, kreditə bahalı fotoaparat götürüb. Lakin krediti ödəyə bilmədiyi üçün özünə qəsdə əl atıb. Faktla bağlı araşdırma aparılır.

Bizimxeber.az



Şərh əlavə edin






Yuxarı Geri Ana səhifə