Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Deputatlar bir-birini təhqir etdi – Parlamentdə qalmaqal
Deputatlar bir-birini təhqir etdi – Parlamentdə qalmaqal
29 Noyabr 2016 / 17:56 / Baxış sayı: 1568
Font1 Font2 Font3 Font4

Deputatlar bir-birini təhqir etdi

“Maaşım çoxdur deyən deputatların maaşını azaldın…”

Загрузка...

Fəzail Ağamalı: “Aqil Abbas hələ o səviyyəyə çatmayıb ki, bizə burda dərs keçsin” 

Milli Məclisin bu gün keçirilən plenar iclasında deputatlar Fəzail Ağamalı və Aqil Abbas arasında mübahisə yaranıb. A.Abbas çıxışı zamanı deyib ki, Azərbaycan parlamentində ən çox tənqid olunan deputatdır: “Ən çox mən, Fazil Mustafa və Hadı Rəcəbli tənqid olunur.

İki-üç deputatıq, ortada qalmışıq, digərləri yaxalarını kənara çəkib. Deputat maaşlarının artırılması ilə bağlı verdiyim açıqlamaya görə məni təhqir edirlər. Tahir Kərimli deyir ki, deputat maaşı alanda utanıram. Ay başına dönüm, niyə utanırsan ki, əziyyət çəkib işləyirsən, maaş alırsan da. Maaşım çoxdur deyən deputatların maaşını azaldın da. Bu gün sosial şəbəkələrdə ciddi şəkildə təhqi və böhtan var”.

Deputat Fəzail Ağamalı isə ona cavab olaraq deyib ki, Aqil Abbas hər dəfə söz alıb deputatlara ağıl öyrədir: “Onun səviyyəsi hələ o səviyyəyə çatmayıb ki, bizə burda dərs keçsin. Hər dəfə söz alıb bizə burda dərs keçir, ağıl öyrədir. Ona xəbərdarlıq olunmalıdır. Aqil Abbas hərəkət və davranışlarına fikir versin”.

Bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə