Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Rahat” marketlər şəbəkəsi yeni aksiyaya start verib
“Rahat” marketlər şəbəkəsi yeni aksiyaya start verib
28 Noyabr 2016 / 11:20 / Baxış sayı: 866
Font1 Font2 Font3 Font4

“Rahat” marketlər şəbəkəsində yeni aksiyaya start verilib. Marketin bütün filiallarında “Poz-qazan” adlı ani lotereya kampaniyası keçirilir. Şərtlərə görə, mağazanın filiallarından alış-veriş edən müştərilər ödədiyi hər 30 manat məbləğin müqabilində “Poz-qazan” kuponu qazanacaq. Müştəri qazandığı hədiyyəni yerindəcə əldə edəcək. 

Lotereyada iştirak edən hər bir müştəri qalib olacaq. 100% uduşlu olan “Poz-qazan” ani lotereyasında gündəlik istifadə məhsullarından elektrik avadanlıq və məişət əşyalarınadək minlərlə hədiyyələr müştərilərə təqdim olunacaq.

Загрузка...

Şəbəkədən verilən məlumata görə, “Rahat” marketlər şəbəkəsinin bu cür tədbirləri keçirməkdə əsas məqsədi müştərilərinin məmnuniyyətini artırmaqdır: “Biz əminik ki, keçirdiyimiz lotereya kampaniyası müştərilərimizn çox xoşuna gələcək. Son bir neçə ay ərzində biz fərqli və maraqlı bir neçə aksiya keçirmişik. Bir sıra sorğu və araşdırmalarımızın nəticəsi olaraq biz bu aksiayalarımızın kifayət qədər uğurlu olduğunu əminliklə söyləyə bilərik. Bu dediklərimizin sübutu isə hər gün artan alıcı sayı və böyük müştəri məmnuniyyətidir”.

Noyabr ayının 24-dən başlayan kampaniya yanvar ayının 6-dək davam edəcək. Ətraflı məlumat üçün *5551 qaynar xətt nömrəsinə zəng edib informasiya almaq olar.(report)

Bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə