Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Maşınlar Ağsu aşırımında qaldı
Maşınlar Ağsu aşırımında  qaldı
23 Noyabr 2016 / 18:03 / Baxış sayı: 840
Font1 Font2 Font3 Font4

Ötən gün axşamdan yağan qar Bakı-Şamaxı-Yevlax avtomobil yolunun dağlıq ərazilərdən  keçən hissəsində və Ağsu aşırımında nəqliyyatın hərəkətində bir sıra çətinliklər yaradıb. Ötən gecə yollar buz bağlayıb.

 APA-nın xəbərinə görə, Ağsu rayon 16 nömrəli Yol İstismar İdarəsinin ağır texnikaları və işçi qüvvəsi Ağsu dolaylarında yolun hərəkət hissəsinin qar və buzdan təmizlənməsinə cəlb olunub.
Hazırda xüsusi təyinatlı avtomobillə və əl əməyi ilə yola qum və duz səpilir. Ötən gecə yolun bəzi yerlərində avtomobillərin hərəkətində çətinliklərin yarandığı, bir neçə avtomobilin yolda qaldığı bildirilir. Bu gün səhər saatlarından başlayaraq Ağsu aşırımında aparılan qar təmizləmə işləri, eləcə də buz bağlamış yerlərə qum səpilməsi nəticəsində yolda avtomobillərin hərəkəti bərpa olunub. Hazırda dolaylarda nəqliyyatın hərəkəti bərpa olunub.
Üç növbəli iş rejiminə keçən Yol İstismar İdarəsinin işçiləri magistral yolda avtomobillərin təhlükəsiz hərəkəti üçün lazımi şərait yaradıblar. Hazırda Ağsu və Şamaxı rayonunun dağlıq ərazilərində qarın yağması davam edir. Sürücülərə ehtiyac olmayan halda Ağsu aşırımından istifadə etməmək, alternativ yollarla hərəkət etmək tövsiyə olunur. Axşama doğru bu yolların buz bağlamaq ehtimalı var. Həmçinin yolun qarlı-buzlu olması ilə yanaşı havanın dumanlı olması da gecə və gündüz saatlarında dolaylarda hərəkətə çətinlik törədir və təhlükəli vəziyyət yaradır.
Bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə