Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Viaqra qalmaqalı – Prezident köməkçilərinə 360 viaqra alındı
Viaqra qalmaqalı – Prezident köməkçilərinə 360 viaqra alındı
23 Noyabr 2016 / 12:29 / Baxış sayı: 566
Font1 Font2 Font3 Font4

Cənubi Koreyada prezident köməkçiləri üçün viaqra həblərinin alınması ölkədə qızğın müzakirələrə səbəb olub. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, prezident Pak Kı Xenin köməkçiləri üçün 360 ədəd viaqra sifariş edilib.

Məlumatı təsdiqləyən Prezident Admnistrasiyası məsələyə aydınlıq gətirib. Ölkə başçısının nümayəndələri bildiriblər ki, köməkçilər bu həbləri paytaxtları dəniz səviyyəsindən hündürdə yerləşən və oksigen çatışmazlığının yaşandığı Keniya, Efiopiya və Uqandaya rəsmi səfər zamanı istifadə edəcəkdilər. Belə ki, bu həblər onları yüksəklik xəstəliyindən (yüksəklik hipoksiya) qorumaq məqsədi daşıyıb.

Загрузка...

Pak Kı Xenin mətbuat katibi vurğulayıb ki, dərmanlardan istifadə edilməyib. Onun sözlərinə görə, Cənubi Koreyada həkimlər yüksəklik xəstəliyi ilə mübarizə apara bilmələri üçün alpinistlərə də viaqra yazır.

Bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə