Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Prezident seçilərkən jurnalistlərə verdiyi ilk müsahibə-Putin-Video
Prezident seçilərkən jurnalistlərə verdiyi ilk müsahibə-Putin-Video
21 Noyabr 2016 / 17:02 / Baxış sayı: 1796
Font1 Font2 Font3 Font4

Rusiya dövlət başçısı Vladimir Putinin 2000-ci il 7 mart tarixində prezident seçildikdən sonra verdiyi müsahibənin video görüntüləri ortaya çıxıb.

Bizimxeber.az  xəbər verir ki, video çarxda Putin jurnalistləri Kremldəki kabinetində qəbul edib. Otağının və kreslosunun rahat olduğunu vurğulayan Putin stolun üstündəki kağızları göstərərək zarafatla “bu sənədlərdən biri Rusiya Federal Təhlükəsizlik Xidmətindən göndərilib. Amma bu sənədin yazı hissəsini bağlamaq lazımdır” – deyib.

Jurnalistlərin “sizə aid hələ bir lətifə tapa bilməmişik” sualına Putin “Deməli mənə ciddi münasibət bəsləyirlər. Lətifə quraşdırılacaq vəziyyətə gəlməmişəm. Bilmirəm. Əgər siz tapa bilməmisinizsə, mən özüm haqda lətifəni haradan bilim” cavabını verib.

Загрузка...

Putin sözlərinə belə davam edib: “Otaqda keçmiş dövlət başçısı Boris Yeltsinə aid əşyalar çoxdur. Məsələn, kompüter. Mən hələ internetdən istifadə etmirəm. Uşaqlarım mənə internetdən istifadə etməyi öyrədir. Onlar da bura gəlib. Amma kabinetim uşaqların diqqətini cəlb etmir”.

Jurnalistlərin “Otağınızdan nələri görə bilirsiniz?” sualına dövlət başçısı belə cavab verib: “Bu otaqdan ölkəmizin gələcəyi üçün məğlub olmamaq lazım olduğunu görürəm. Bunu dərk etmək lazımdır: Təkcə bazarda şirkətlər arasında yox, beynəlxalq aləmdə də dövlətlər arasında sərt rəqabət var. Təəssüf ki, bu məsələdə ciddi narahatlıqlarımız var. Çünki bu yarışda biz lider deyilik”.

Sovet İttifaqının xüsusi xidmət orqanı MTN-də işlədiyini, Sovet Kommunist Partiyasına üzv olduğunu qeyd edən Putin “Mən partiya sıralarını tərk etmədim, sadəcə partiyanın mövcudluğu başa çatdı” deyib.

Sonra jurnalistləri çay içməyə dəvət edən dövlət başçısı 1990-cı illərdə bağ evinin necə yandığından bəhs edib.

Bizimxeber.az 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə