Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Deputatların əmək haqqı xərcləri — ARTIRILDI
Deputatların əmək haqqı xərcləri — ARTIRILDI
21 Noyabr 2016 / 14:52 / Baxış sayı: 1238
Font1 Font2 Font3 Font4

Gələn il Milli Məclis və onun aparatının saxlanılmasına 23 089 714 manat xərclənəcək.

Bizimxeber.az  xəbər verir ki, bu, Azərbaycan parlamentinin “2017-ci il üçün xərclər smetası haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, 2017-ci ildə Milli Məclisin saxlanılması dövlət büdcəsinə bu illə müqayisədə 1,74% və yaxud 394 780 manat baha başa gələcək.

Загрузка...

Parlamentə ayrılması nəzərdə tutulan vəsaitin 72,17%-i və yaxud 16 664 786 manatı əməyin ödənişi fonduna yönəldiləcək. Bunun isə 14,66%-i və yaxud 2 443 608 manatı deputatların əmək haqqının ödənilməsinə sərf olunacaq.

Gələn il Milli Məclislə əməkdaşlıq edən ekspertlərə 270 000 manat, parlamentin aparatında çalışan şəxslərə 2 607 336 manat, deputat köməkçilərinə 1 365 000 manat, Milli Məclisin İşlər İdarəsinin əməkdaşlarına 1 513 524 manat əmək haqqı ödənilməsi nəzərdə tutulub.

Bizimxeber.az 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə