Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Göygöl polisi kimsəsiz uşaq tapdı: “Qardaşım məni bura qoyub getdi” — FOTOLAR
Göygöl polisi kimsəsiz uşaq tapdı: “Qardaşım məni bura qoyub getdi” — FOTOLAR
20 Noyabr 2016 / 9:16 / Baxış sayı: 1078
Font1 Font2 Font3 Font4

Mahnı oxuyub feyziyab olan balacanı ötən gün axşam saatlarında Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları Quşqara kəndi ərazisində fərdi yaşayış evlərindən bir qədər aralıda tapıblar. 

Bizimxeber.az ARB Kəpəz-ə istinadən xəbər verir ki, azyaşlı diqqəti cəlb etdiyindən asayiş keşikçiləri onun harada yaşamasını və valideynləri barədə məlumat almağa çalışıblar. Təxminən 6-7 yaşı olan balaca ilə aparılan ilkin söhbətdən sonra uşaq Göygöl Rayon Polis Şöbəsinə gətirilib.

Dəniz – tapılan uşaq: “Adım Dənizdir. Bakıdan gəlirdim. Qardaşım gətirib. Qardaşım məni bura qoyub getdi. Dedi gəz. Gəlmə Bakıya, Yevlaxa gedəcəyik. Mən də dedim heç nə, gedin. Qardaşımın yanında heç kim yox idi”.

Загрузка...

Göygöl polisi Dənizin valideynlərinin tapılması istiqamətində tədbirlərə başlayıb. Ancaq araşdırmalar hələ bir nəticə verməyib.

Paşa Abbas – baş inspektor: “Uşağın deməsinə görə atasının adı Rövşən, anasının adı isə Güllüdür. Deməsinə görə, Bakı şəhərində “Papanin” adlanan ərazidə yaşayır. Hazırda valideynlərin müəyyən edilməsi istiqamətində axtarışlarımız davam edir. Uşağı görüb tanıyanlardan xahişimiz ondan ibarətdir ki, Göygöl Rayon Polis Şöbəsinə və yaxud da yaxınlıqda yerləşən polis orqanlarına müraciət edib məlumat versinlər”.

Valideynləri müəyyən ediləndək isə polis əməkdaşları Dənizi Gəncə şəhərində fəaliyyət göstərən uşaq evinə təhvil verməyi planlaşdırır.

Bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə