Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İlham Əliyev: “Jurnalistlə bu cür rəftar etmək demokratikdirmi? “
İlham Əliyev: “Jurnalistlə bu cür rəftar etmək demokratikdirmi? “
17 Noyabr 2016 / 14:24 / Baxış sayı: 824
Font1 Font2 Font3 Font4

“Ölkələrin çoxunda jurnalistlərin cinayət törətməsi halları baş verir və onlar istintaqa cəlb olunurlar”.

Bizimxeber.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Dünya Xəbər Agentliklərinin V Konqresinin bir qrup iştirakçısını qəbul edən Azərbaycan Prezidenti İlham Əliyev Associated Press agentliyinin vitse-prezidenti Con Danişevskinin “Siz dünyada Azərbaycanla və mətbuat azadlığı ilə bağlı yenidən əminlik yaratmaq üçün atıla bilinəcək bəzi addımlar barədə nə deyə bilərsiniz?” sualına cavabında deyib.

Dövlətimizin başçısı qeyd edib: “Ölkələrin çoxunda jurnalistlərin cinayət törətməsi halları baş verir və onlar istintaqa cəlb olunurlar. Biz bu məsələdə obyektiv olmalıyıq, məsələlərə obyektivlik mövqeyindən yanaşmalıyıq. Mən də sizə belə bir sual vermək istərdim: Azərbaycanı qeyd etdiyim məsələlərlə bağlı tez-tez tənqid edirlər, bəs siz mənə deyə bilərsinizmi ki, nəyə görə Culian Asanj hələ də Ekvadorun Londondakı səfirliyindədir? Culian Asanj bir neçə il bundan qabaq hansısa qadınla hansısa əlaqələrə görə ekstradisiya və ölüm cəzası təhlükəsi ilə üzləşib. O, iki ildən artıqdır ki, səfirlikdədir və çölə çıxmaqdan qorxur. Bunu necə izah edə bilərsiniz? Jurnalistlə bu cür rəftar etmək demokratikdirmi? Bu rəftara nə ad vermək olar?”

Загрузка...

Bizimxeber.az 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə