Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakının mərkəzində GÜLLƏLƏNMƏ – 6-cı qardaş da öldü
Bakının mərkəzində GÜLLƏLƏNMƏ – 6-cı qardaş da öldü
15 Noyabr 2016 / 14:54 / Baxış sayı: 1230
Font1 Font2 Font3 Font4

Dünən Bakının Yasamal rayonunda – Parlament prospekti 1 ünvanındakı 9 mərtəbəli binada 58 yaşlı Ziyafət Hüseynovun özünü güllələyərək öldürməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Yaxınları bildiriblər ki, Z.Hüseynov xeyli vaxtdır, ürək xəstəliyindən əziyyət çəkirmiş. Daha əvvəl müxtəlif dövlət orqanlarında işləmiş şəxsin 2 övladı var. Onun qızı ailəlidir, oğlu isə nişanlıdır və bu yaxınlarda ailə həyatı quracaqmış.

Bildirilir ki, Z.Hüseynov çoxuşaqlı ailədə doğulub. 7 qardaşdan biri olan Z.Hüseynovun daha əvvəl 5 qardaşı vəfat edib.  O da bildirilir ki, Z.Hüseynovun atası sovet illərində daxili işlər və xüsusi xidmət orqanlarında bir sıra vəzifələri tutub. Ölüm faktı ilə bağlı Yasamal rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Загрузка...

**10:15

Bakıda intihar hadisəsi baş verib. Parlament prospekti-1 ünvanındakı binanın doqquzuncu mərtəbəsində – lift şaxtasının otağında güllələnmiş kişi meyiti aşkarlanıb. İlkin araşdırmadan sonra ölən şəxsin 1958-ci il təvəllüdlü Hüseynov Ziyafət Paşa oğlu olduğu müəyyən edilib. Onun ov tüfəngi ilə özünü güllələyərək intihar etdiyi bildirilir. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə