Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Nazirlər Kabinetinin səlahiyyətlərindən birinin ləğv edildi
Nazirlər Kabinetinin səlahiyyətlərindən birinin ləğv edildi
15 Noyabr 2016 / 9:21 / Baxış sayı: 752
Font1 Font2 Font3 Font4

Nazirlər Kabinetinin mədəniyyət sahəsində səlahiyyətlərindən birinin ləğvi rəsmiləşib.

APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2016-cı il 30 sentyabr tarixli qanununun tətbiqi və “Mədəniyyət haqqında” 2012-ci il 21 dekabr tarixli qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 fevral tarixli 828 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında” 14 noyabr 2016-cı il tarixli fərmanında əksini tapıb.
Bu il sentyabrın 30-da “Mədəniyyət haqqında” qanuna edilən dəyişikliyə əsasən peşəkar yaradıcılığın meyarlarının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməsi barədə müddəa ləğv edilib. Peşəkar yaradıcılığın meyarlarının müəyyən edilməsi sahəsində məsul orqan Nazirlər Kabineti olub. Bununla əlaqədar “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 fevral tarixli fərmanı ilə Nazirlər Kabinetinə bu sahədə verilən səlahiyyət də ləğv edilib.

Bizimxeber.az 

Загрузка...



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə