Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Tramp ABŞ-Meksika sərhəddində divar hörəcək
Tramp ABŞ-Meksika sərhəddində divar hörəcək
14 Noyabr 2016 / 11:47 / Baxış sayı: 624
Font1 Font2 Font3 Font4

Donald Tramp seçki marafonu boyunca dəfələrlə bəyan etmişdi ki, ABŞ prezidenti seçiləcəyi təqdirdə Meksikayla sərhəddə divar hörəcək.

CBS telekanalına müsahibəsində ABŞ-ın yeni seçilmiş prezidenti bu fikrindən dönmədiyini bəyan edib: “Mən demirəm ki, bütün sərhəd boyu, amma Meksikanın bəzi sərhədyanı əraziləri var ki, orda mütləq hündür divar hörmək lazımdır”.

Загрузка...

Trampın sözlərinə görə, bu divar Meksikanın hesabına çəkiləcək və bununla da bu ölkədən qanunsuz miqrant axınının qarşısı alınacaq: “Biz, bu divarın hörülməsi üçün Meksikada təxmini 5-10 milyard dollar pul tələb edəcəyik. Mənim kimi bir biznesmen üçün bu çox əlverişli bir razılaşma olacaq.
Əgər Meksika buna razı olmasa, mən bu ölkədən ABŞ-a bütün pul köçürmələrini qadağan etməyi təklif edəcəm”.

Meksikanın Daxili İşlər naziri Umberto Roke Vilyanueva bəyan edib ki, əllərində olan bütün imkanlarla ABŞ-ı bu addımdan çəkindirməyə çalışacaqlar.

Bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə