Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Müəllimlərin əmək haqını kim yeyib? İki aydır pullar verilmir
Müəllimlərin əmək haqını kim yeyib? İki aydır pullar verilmir
10 Noyabr 2016 / 14:09 / Baxış sayı: 1822
Font1 Font2 Font3 Font4

Respublikanın orta məktəblərində çalışan müəllimlər iki aydır ki, əmək haqqı almırlar. Əksər müəllimlər bununla bağlı narazılıq etsələr də, problemin ictimailəşdirilməsi zamanı adlarının çəkilməsindən ehtiyat edirlər.

Yaranmış vəziyyətlə bağlı virtualaz.org-un redaksiyasına həm paytaxt, həm də digər rayonlarda yaşayan orta məktəb müəllimləri tərəfindən şikayətlər daxil olub. Adının çəkilməsini istəməyən biologiya müəlliməsinin sözlərinə görə, əmək haqlarının gecikdirilməsi səbəbindən banklardan götürdüyü krediti də ödəyə bilmir: “İki aydaır ki, maaş almırıq. Təhsil şöbəsindən bunu tarifikasiyaların hələ təsdiq olunmaması ilə əlaqələndirirlər.

Загрузка...

Doğrudur, bu iki ay ərzində bir dəfə avans almışıq. Amma bu pul ehtiyaclarımızı ödəmir. Kreditlərimiz var, müalicə olunmalıyıq, xeyir-şər var, qalmışıq çıxılmaz vəziyyətdə. Elə müəllimlər var ki, uşaq hazırlaşdırırlar. Mənim səhhətim imkan vermədiyinə görə repetitorluq da edə bilmirəm”.

Bəzi iqtisadçı-ekspertlərin fikrincə, hökumət dövriyyədəki manat kütləsini azaltmaq, bununla da milli valyutanın kəskin ucuzlaşmasının qarşısını ala bilmək üçün büdcədən maliyyələşdirilən təşkilatlarda əmək haqlarını gecikmələrlə ödəyir. Habelə, məlumatlara görə, büdcə vəsaitləri ilə icra olunan bir çox layihələrdə də podratçılar vəsaitləri gecikmələrlə alırlar.

Məsələyə aydınlıq gətirmək üçün Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehovla əlaqə saxladıq. Nazirlik rəsmisi bütün məktəblərdə maaşların gecikdirilməsi ilə bağlı deyilənləri inkar etdi. Onun sözlərinə görə, əgər belə bir fakt varsa, konkret müraciət olunmalıdır: “Respublikanın bütün məktəblərində müəllimlərin maaşları gecikdirilə bilməz. Əgər konkret fakt varsa, bizə bildirin, biz də araşdıraq. Ümumiyyətlə, bununla bağlı nazirliyin elektron ünvanına sorğu göndərmək lazımdır”.

Bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə