Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Dollara nə oldu?
Dollara nə oldu?
09 Noyabr 2016 / 12:56 / Baxış sayı: 1614
Font1 Font2 Font3 Font4

ABŞ-da keçirilən prezident seçkilərində səslər toplandıqca ölkə valyutasının – dolların məzənnəsi və dünya maliyyə bazarları çökür.

Dollara qarşı avro 2%, funt isə 1%-dən artıq möhkəmlənib.

Загрузка...

Dollar yapon yeninə qarşı 3%, İsveçrə frankına qarşı isə 2%-dən artıq ucuzlaşıb.

Bu, Respublikaçılar Partiyasından olan Donald Trampın seçkilərdə liderlik əldə etməsi ilə bağlı xəbərlərin fonunda baş verir. “Exit-poll”un nəticələrinə görə, iş adamı Ohayo ştatında qələbə qazanıb. Bu ştatda seçkilərin nəticələri isə adətən ABŞ-da prezident seçkilərinin nəticələri ilə üst-üstə düşür. “ABC”nin proqnozlarına görə, Tramp həmçinin Şimali Karolina ştatında da qələbə qazanıb.

Demokratlar Partiyasının namizədi Hillari Klinton Oreqon, Virciniya və Kolorado ştatlarında qələbəni əldə edib.

“Bloomberg”in məlumatına görə, Trampın mümkün qələbəsi haqqında xəbərlər bazarlarda çaxnaşma yaradıb. S&P 500 indeksi üçün fyuçerslər 4,3%-dən artıq düşüb. Fyuçersləri alan investorlar indeksin gələcəkdə dərəcələrinə investisiya qoyuluşu edir.

İqtisadçıların proqnozlarına görə, Trampın tam qələbəsi zaman dollar dünya valyutalarına qarşı xeyli ucuzlaşacaq. (report)

Bizimxeber.az 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə