Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Qanun”dan oğurluq edənlər yaxalandı
“Qanun”dan oğurluq edənlər yaxalandı
07 Noyabr 2016 / 11:40 / Baxış sayı: 712
Font1 Font2 Font3 Font4

Bakıda oğurluq və narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən dəstə zərərsizləşdirilib.  Nəsimi rayon Polis İdarəsindən verilən məlumata görə, həyata keçirilən əməliyyat tədbirlər nəticəsində saxlanılan dəstə üzvləri – Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Feyruz Novruzov, Bakı şəhər sakinləri – əvvəllər məhkum olunmuş Natiq İsayev, İsmayıl Yusifov, Neftçala rayon sakinləri – Vüsal Əsgərov, Şahmar Abdulov və Zəngilan rayon sakini Vüqar Səlimovdur.

Onlardan heroin və tiryək aşkar edilərək götürülüb. Vüqar Səlimov və Feyruz Novruzovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların sentyabrın 27-də Bakı şəhər sakini Şahbaz Rüstəmxanlıya (Xuduoğlu) məxsus “Nəşriyyat evi”ndən 4200 manat pul oğurlamaları, habelə Vüqar Səlimovun sentyabrın 26-da “Qanun Nəşriyyatı” MMC-yə məxsus ofisdən də içərisində 13 min manat olan seyfi oğurlaması müəyyən edilib.
Qeyd edək ki, Vüqar Səlimov “Qanun Nəşriyyatı” MMC-də çap şöbəsində çalışır.
Bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə