Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Misir də “üzən məzənnə”yə keçdi
Misir də “üzən məzənnə”yə keçdi
03 Noyabr 2016 / 16:16 / Baxış sayı: 646
Font1 Font2 Font3 Font4

Misir Mərkəzi Bankı sərbəst məzənnə siyasətinə keçib və uçot dərəcəsini 3 faiz bəndi artırıb.

“Bloomberg” xəbər verir ki, bankın rəsmi açıqlamasına əsasən, bundan sonra milli valyuta – Misir funtunun məzənnəsi tələb/təklif əsasında sərbəst valyuta bazarında formalaşacaq. Bankın rəhbəri Tarik Əmir valyuta məzənnəsinin liberallaşdırıldığını açıqlayıb.

Qeyd edək ki, Misir, Süveyş kanalından gəlirlərinin azalması, Rusiyanın sərnişin təyyarəsinin qəzaya uğramasından sonra turistlərin sayının 70% azalması ilə iqtisadi böhranla üzləşib. Valyuta ehtiyatlarındakı azalma Misir funtunun devalvasiyasına səbəb olub. Əgər bir il öncə Misirdə 1 ABŞ dollarının məzənnəsi 8 funt idisə, hazırda 17 funta bərabərdir. Hökumətin 3 ay əvvəl ölkədə valyutadəyişmə məntəqələrini bağlaması “qara bazar”ın yaranmasına səbəb olub. Ölkədə qida, xüsusilə, şəkər qıtlığı müşahidə olunur.

Загрузка...

Bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə