Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bağdadi Türkiyəyə qarşı cihada çağırış etdi
Bağdadi Türkiyəyə qarşı cihada çağırış etdi
03 Noyabr 2016 / 12:26 / Baxış sayı: 662
Font1 Font2 Font3 Font4

İŞİD terror qruplaşmasının lideri terrorçuları Mosul uğrunda gedən döyüşlərdə iştirak etməyə səsləyib.Bizimxeber.az  xəbər verir ki, “xəlifə”nin bu bəyanatı internetə yerləşdirilib.

Reutersin yaydığı xəbərə görə, 31 dəqiqəlik səs yazısında İŞİD lideri Ebubekr əl Bağdadi Mosul əməliyyatının uğursuz olacağını iddia edir.

Səs yazısı mesajında İŞİD üzvlərini Türkiyəyə qarşı səsləyən Bağdadi Ankaranı “dinsizlər”lə eyni fikirdə olduğuna görə ittiham edir.

Загрузка...

Səs yazı mesajında Bağdadi Türkiyə ilə bağlı bu sözləri deyir:” Türkiyə bu gün artıq mənzilinə çatdı,cihadınızın hədəflərindən biri oldu. Orayı işğal edin və özünü güvənli hesab etdiyi yerlərə qorxu yayın”.

“İslam Dövlətinin bu gün apardığı cihad gedərək şiddətlənməklə qələbənin bir addımlığında olduğumuzu bildirir. Ninova xalqı “Allah düşmənləri”nə qarşı apardığımız bu cihadın zəifləməsinə icazə verməməlidir. ”

Əbu Bəkr əl-Bağdadi hərbi əməliyyatları ümumi müharibə və böyük cihad adlandırıb. O, qələbəyə inandığını qeyd edib. Bağdadi Nineva və Mosul sakinlərini də “Allahın düşmənləri” ilə mübarizəyə səsləyib.

Terrorçulara isə düşmənlərin torpaqlarında xaos yaratmağı, qan axıtmağı tapşırıb. Bağdadi Türkiyəni də düşmən dövlət və ateistlərin müttəfiqi adlandırıb. O, Türkiyə ərazisində terror aktlarının keçirilməsini əmr edib.

Bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə