Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“FETÖ 170 ölkədə fəaliyyət göstərir” – Ərdoğan xəbərdarlıq etdi
“FETÖ 170 ölkədə fəaliyyət göstərir” – Ərdoğan xəbərdarlıq etdi
02 Noyabr 2016 / 15:19 / Baxış sayı: 704
Font1 Font2 Font3 Font4

“Afrika qitəsi ölkələri Fəthullahçı Terror Təşkilatına (FETÖ) qarşı çox diqqətli olmalıdırlar. Onlar dövlətə sızdıqdan sonra “çox gec oldu” deyə bilərsiniz”. Azvision.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilk dəfə İstanbulda keçirilən Afrika-Türkiyə iqtisadi və iş formunda bildirib.

FETÖ-nün 170 ölkədə fəalliyət göstərdiyini açıqlayan Türkiyə prezidenti deyib ki, bu ölkələrdən xeyli hissəsi Afrikadadır: “Uzun illər leqal görüntülü quruluşlar adı altında təşkilatlanan, təhsil, humanitar yardım, dialoq kimi anlayışların arxasında gizlənərək dövlətin alt qatlarına sızan təşkilat 15 iyulda qanlı hərbi çevrilişə cəhd edib. Bu terror təşkilatının ən çox fəaliyyət göstərdiyi qitələrdən biri Afrikadır.

Загрузка...

Ona görə də Afrika qitəsi ölkələri bu terror təşkilatına qarşı çox həssas və diqqətli olmalıdır. Sabah onlar dövlətə sızdıqdan sonra “çox gec oldu” deyə bilərsiniz. Biz bu halı yaşadığımıza görə, sizə xəbərdarlıq edirik. Möhkəm olun və bu təşkilata qapılarınızı bağlayın. FETÖ ilə mübarizə hər birimizin ortaq mübarizəsidir”.

Bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə