Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Tramp Klintonu “satqın” adlandırdı
Tramp Klintonu “satqın” adlandırdı
01 Noyabr 2016 / 10:34 / Baxış sayı: 788
Font1 Font2 Font3 Font4

Hillari Klinton Vaşinqtonu Suriyada Moskva ilə hərbi münaqişəyə çəkməyə çalışır ki, bu da üçüncü dünya müharibəsinin başlamasına gətirib çıxara bilər. 

RİA Novosti xəbər verir ki, bu barədə ABŞ prezidentliyinə respublikaçı namizəd Donald Tramp Miçiqan ştatında seçicilər ilə görüşdə bildirib.

Загрузка...

“Hillari və onun müvəffəqiyyətsizliyə uğrayan Vaşinqton elitası Yaxın Şərqdə müharibələrə 6 trilyon dollar vəsait xərcləyib və hazırda orada vəziyyət əvvəlkindən də pisdir. İndi Hillari, nüvə silahı olan Rusiya ilə münaqişəyə girərək Suriyada həqiqi müharibəyə başlamaq istəyir ki, bu da bizi üçüncü dünya müharibəsinə çəkə bilər”, – deyə Tramp vurğulayıb.

Prezidentliyə namizəd siyasi dairələrin təkəbbürlü nümayəndələrinin heç vaxt heç nədən dərs almadığını qeyd edib: “Onlar eyni səhvləri təkrar edir, həmin yalan sözləri danışır, onlar sonda müvəffəqiyyətsizliyə uğrayırlar. Hillari öz elektron poçt qutusuna yiyə dura bilmədiyi halda, ölkəni necə idarə edə bilər? Fəlakət, qalmaqal və satqınlıqlar biri-birini əvəz edir”.

Bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə