Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakının bəzi küçələrində yağış-kanalizasiya xətləri çəkilir VİDEO
Bakının bəzi küçələrində yağış-kanalizasiya xətləri çəkilir VİDEO
31 Oktyabr 2016 / 15:24 / Baxış sayı: 726
Font1 Font2 Font3 Font4

Bakı şəhərinin Yusif Səfərov və Əliyar Əliyev küçələrinin Heydər Əliyev prospekti ilə kəsişən hissələrində səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sisteminin ötürücülüyünün artırılması məqsədilə “Azəravtoyol” ASC tərəfindən əlavə xətlərin çəkilişi işləri görülür.

ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu ərazilərdə əlavə yağış-kanalizasiya xətləri çəkilir, yeni yağış barmaqlıqları qoyulur. Ümumilikdə son 1 il ərzində Bakı şəhərinin küçə və prospektlərinin zəruri olan hissələrində 6 kilometrə yaxın yağış-kanalizasiya xətləri çəkilib. Həmin işlərə paralel olaraq sözügedən ərazilərdə və Ziya Bünyadov prospektində mövcud xətlərin təmizlənməsi işləri aparılır.

Bundan başqa, yağan yağıntılar və intensiv hərəkət nəticəsində küçə və prospektlərin hərəkət hissəsində asfalt-beton örtüyünün deformasiyaya uğramış və dağılmış hissələrinin təmir-bərpa işlərinə də başlanılıb.

Загрузка...

Eyni zamanda qəzalar zamanı dağılan, həmçinin palçıq və toz basmış körpü və yol elementlərinin (körpülərin məhəccərləri, dayaqları, səs boğucular, tunellərin divarları, yol nişanları, işıqəksetdiricilər, əyrixətli dəmir tirlər, səki daşları və s.) xüsusi təyinatlı işçi qrupu tərəfindən təmiri və təmizlənməsi işləri aparılır.

Bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə