Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Binəli Yıldırım: Türkiyənin bölünmə riski var
Binəli Yıldırım: Türkiyənin bölünmə riski var
30 Oktyabr 2016 / 20:55 / Baxış sayı: 1450
Font1 Font2 Font3 Font4

Türkiyənin baş naziri Binəli Yıldırım prezident üsul-idarəsinə keçilməzsə, Türkiyənin bölünmə riskinin olduğunu bəyan edib.

Bu gün hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul təşkilatının Məclisində çıxışı zamanı B.Yıldırım deyib ki, Türkiyədə prezident üsul-idarəsində ölkənin unitarlığı qorunacaq.

Baş nazir Türkiyədə prezident üsul-idarəsinin tətbiq olunmasından sonra ölkənin bölünəcəyi ilə bağlı iddiaların əsassız olduğunu vurğulayıb:

Загрузка...

“Heç bir belə yalan bəyanatlar verməsin. Əslində prezident üsul-idarəsinə keçilməzsə, Türkiyənin bölünmə riski var. Mən bunu açıq-aşkar bəyan edirəm. Prezident üsul-idarəsinə keçilməsi ölkənin federallaşması demək deyil. Unitar dövlətlərdə də prezident üsul-idarəsi var”.

Qeyd edək ki, APK yaxın 10 gün ərzində Türkiyədə prezident üsul-idarəsinin tətbiqini nəzərdə tutan Konstitusiyaya dəyişikliklər barədə layihəni parlamentə təqdim edəcək.

Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğlu dəfələrlə prezident üsul-idarəsinin tətbiq edilməsindən sonra Türkiyənin bölünəcəyi ilə bağlı bəyanatlar səsləndirib.

Bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə