Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Nəzir pullarını QMİ götürür” – Siyavuş Novruzov
“Nəzir pullarını QMİ götürür” – Siyavuş Novruzov
28 Oktyabr 2016 / 15:12 / Baxış sayı: 1582
Font1 Font2 Font3 Font4

“Nəzir qutularından o qədər də vəsait toplanmır. Bu pullar Qafqaz Müsəlmanları İdarəsinə daxil olur. Çünki bu qurum dövlət tərəfindən maliyyələşmir”.

Bunu Milli Məclisin Dini qurumlar və ictimai birliklər komitəsinin sədri, millət vəkili Siyavuş Novruzov “Dini etiqad azadlığı haqqında” qanun layihəsinə edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.

Загрузка...

Komitə sədri bildirib ki, Qafqaz Müsəlmanları İdarəsi bu pulla yardıma ehtiyacı olanlara, Həccə getmək istəyənlərə kömək edir.

Dini icmaların fəaliyyətinə toxunan komitə sədri qeyd edib ki, vaxtilə komitəyə rəhbərlik etmiş şəxslər tərəfindən 719 dini icma qeydiyyatdan keçib:

“Hələ qeydiyyatdan keçməyən nə qədər icma var. Hansı icma ekstremist fəaliyyət göstərəcəksə, dərhal bağlanacaq. Bu gün kimsə evlərdə bu cür fəaliyyətlə məşğul olur. Biz elə iş aparmalıyıq ki, onların fəaliyyəti dayandırılsın”.

Bizimxeber.az 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə