Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Saakaşvilinin xanımı siyasi mübarizəni dayandırdı, amma…
Saakaşvilinin xanımı siyasi mübarizəni dayandırdı, amma…
23 Oktyabr 2016 / 21:29 / Baxış sayı: 1260
Font1 Font2 Font3 Font4

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin həyat yoldaşı Sandra Rulofs Zuqdidi şəhərində birmandatlı dairə üzrə parlament seçkilərinin ikinci turunda iştirak etməyəcəyini açıqlayıb.

S. Rulofs bunu bu gün “Odişi Nyus” telekanalına açıqlamasında bildirib. Vahid Milli Hərəkat Partiyasından deputatlığa namizəd olan S. Rulofs deyib ki, səsvermə prosesinin gedişində ciddi pozuntular olub və seçkilərin ikinci turunda iştirak etməyi məqsədəuyğun saymır.

Загрузка...

Qeyd edək ki, MSK-nın məlumatına görə, Zuqdidi dairəsi üzrə seçkilərin ilkin nəticələrinə əsasən, S. Rulofs bu dairədə seçicilərin səslərinin 44,48 faizini, hakim Gürcü Arzusunun namizədi Edişer Toloraya isə səslərin 48,63 faizinin səsini toplayıb. Namizədlərdən heç bir 50 faiz+1 səs toplamadığı üçün seçkilərin ikinci turu təşkil olunacaq.

S. Rulofs növbəti turda iştirak etmək istəmədiyini açıqlasa da, seçki qanunvericiliyinə əsasən, onun adı oktyabrın 30-da keçiriləcək ikinci turda da seçki bülletenində olacaq.

Bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə