Xəbər lenti


  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Sabah Bakıda 13 dərəcə isti olacaq
Sabah Bakıda 13 dərəcə isti olacaq
21 Oktyabr 2016 / 14:16 / Baxış sayı: 770
Font1 Font2 Font3 Font4
Загрузка...

Oktyabrın 22-də Bakı və Abşeron yarımadasında bəzi yerlərdə çiskinli yağış yağacağı, gündüz fasilə olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən xəbərə görə, mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturunun yarımadada gecə 9-11° isti, gündüz 11-14° isti, Bakıda gecə 9-11° isti, gündüz 11-13° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək – 769 mm civə sütunu, nisbi rütubət 80-90 % təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-11° isti, gündüz 12-15° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə, oktyabrın 22-23- də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Bizimxeber.az



Şərh əlavə edin












Yuxarı Geri Ana səhifə