Xəbər lenti


  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Avtobuslarda gedişhaqqı artırılır? – RƏSMİ AÇIQLAMA
Avtobuslarda gedişhaqqı artırılır? – RƏSMİ AÇIQLAMA
10 Oktyabr 2016 / 15:01 / Baxış sayı: 950
Font1 Font2 Font3 Font4
Загрузка...

“Avtobuslarda gedişhaqqının artırılması ilə əlaqədar Tarif Şurasına təklif göndərməmişik”. Bunu ANN.Az-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin sözçüsü Nuridə Allahyarova qiymət artımı ilə bağlı deyilənlərə münasibət bildirərkən deyib.

Mətbuat katibinin sözlərinə görə, qiymət artımının olması ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi Tarif Şurasına təklif göndərməlidir: “Belə bir təklif göndərməmişik. Qiymət artımının olması ilə bağlı deyilənlərin heç bir əsası yoxdur”.

Məsələ ilə əlaqədar “Baku Bus” MMC-nin mətbuat katibi Mansur Piriyevlə əlaqə saxladıq. Qurum rəsmisi hazırda qiymət artımın olmadığını vurğuladı: “Baku Bus”-da qiymət artımı və güzəştlərin tətbiq edilməsi bizim səlahiyyətimizdə olan iş deyil. Ümumiyyətlə qiymət artımı yoxdur”.

“Gedişhaqlarının artırılmasını Tarif Şurası həyata keçirir. Bu da Bakı Nəqliyyat Departamentinin təklifindən sonra ola bilər.” – deyə Mansur Piriyev əlavə edib.

Bizimxeber.az



Şərh əlavə edin












Yuxarı Geri Ana səhifə