Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

160 tələbəsindən rüşvət alan direktorun məhkəməsi olacaq
160 tələbəsindən rüşvət alan direktorun məhkəməsi olacaq
06 Oktyabr 2016 / 11:29 / Baxış sayı: 768
Font1 Font2 Font3 Font4

160-a yaxın tələbəsindən rüşvət aldığı üçün həbs edilən Astara Pedoqoji Kollecinin direktoru Əlihəsən Həmzəyevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçiriləcək.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, prosesə Şirvan Apellyasiya Məhkəməsinin hakimi Amil Dosiyev rəhbərlik edəcək. Lakin məhkəmə prosesi Şirvanda yox, Bakıda – Nizami Rayon Məhkəməsində baş tutacaq.

Belə ki, 3 hakim Əlihəsən Həmzəyevlə bağlı qərar vermək üçün Bakıya ezam olunub. Proses oktyabrın 7-də olacaq. Qərarın elan olunacağı gözlənilir.

Загрузка...

Qeyd edək ki, Ə.Həmzəyev Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsinin 3-cü bəndinin bütün bölmələri üzrə ittiham edilib. Ə.Həmzəyevi 8 ildən 12 ilə qədər cəza gözləsə də, o, 5 il müddətinə azadlıqdan məhrum edilib.

Bizimxeber.az 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə