Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Anji Kaspşik monitorinqlə bağlı bəyanat yayıb
Anji Kaspşik monitorinqlə bağlı bəyanat yayıb
05 Oktyabr 2016 / 20:48 / Baxış sayı: 870
Font1 Font2 Font3 Font4

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik öz mandatına uyğun olaraq qoşunların təmas xəttində keçirilmiş növbəti monitorinqlə bağlı bəyanat yayıb.

Kaspşik bəyanatında bildirib ki, həmişəki kimi tərəflər təmas xəttindəki vəziyyət, eləcə də əvvəlki monitorinqdən etibarən atəşkəsin pozulması ilə əlaqədar məlumatı çatdırıb.  “Bu məlumat Minsk Qrupu üzvlərinə, eləcə də həmsədrlərə və ATƏT-in fəaliyyətdə olan sədrinə verilib. Mətbuatda bəzi məlumatlar mənim Ofisimin atəşkəsin pozulması hallarını və ya məsuliyyət daşıyan tərəfi qeydə almadığını deyirlər. Ola bilsin ki, onlar bizim heyət üzvlərimizin monitorinq zamanı cəbhə xəttində atəşkəsin pozulmasının qeydə alınmadığı faktına istinad edirlər. Biz ərazidə olan zaman baş verən atəşkəsin pozulması hallarını hər zaman qeydə alırıq. Digər halda yerli hərbçilərin məlumatlarına etibar edirik. Bir daha təkrarlamaq istəyirəm ki, bizim insidentlərin araşdırılması barədə mandatımız yoxdur”, deyə bəyanatda qeyd edilir.

O həmçinin qeyd edib ki, aprel döyüşlərindən sonra 6 ay ərzində Minsk Qrupu həmsədrləri vəziyyətin sabitləşməsi və danışıqlar prosesini inkişaf etdirmək üçün mütəmadi çalışıb. O, monitorinqin nəticələri barədə məlumatların bu prosesin mühüm hissəsi olduğunu qeyd də edib.

Загрузка...

Bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə