Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Mənzil bazarında qiymətlər necədir?
Mənzil bazarında qiymətlər necədir?
04 Oktyabr 2016 / 10:23 / Baxış sayı: 584
Font1 Font2 Font3 Font4

“Daşınmaz əmlak bazarında yay aylarında qiymətlərdə müəyyən azalmalar olur. Adətən payız aylarından başlayaraq nisbi artım hiss olunur. Lakin daşınmaz əmlak bazarındakı hazırkı vəziyyət qiymətlərin ilin sonuna qədər sabit qalacağı ehtimalını verir”.
Bu barədə “MBA Group” şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib. Ekspert bildirib ki, Bakıda daşınmaz əmlak bazarında qiymətlər 2016-cı ilin avqustunda iyulla müqayisədə 0,74 faiz azalıb.

Onun sözlərinə görə, iyulda cüzi artımdan sonra avqustda qiymətlər yenidən aşağı düşməyə başlayıb: “Qiymətlər 2016-cı ilin əvvəlinə olan göstərici ilə müqayisədə 27,85 faiz, 2015-cu ilin avqust ayının göstəricisi ilə müqayisədə isə 28,74 faiz azalıb”.

Ekspert qeyd edib ki, ümumilikdə daşınmaz əmlak bazarında qiymətlərin enməsi ilkin mənzil və kommersiya obyektlərinin seqmentindəki ucuzlaşma ilə bağlıdır: “Avqustda ilkin mənzil bazarında əvvəlki aylarla müqayisədə 3,47 faiz azalma müşahidə edilib, ilin əvvəlində isə qiymətlər 24,53 faiz azalıb. Kommersiya obyektlərinə gəlincə, burada ilin əvvəlindən qiymətlər 22,36 faiz, avqustda isə 6,69 faiz azalma müşahisə olunub”.

Загрузка...

N.İbrahimov əlavə edib ki, torpaq sahələri bazarında isə qiymətlər iyulla müqayisədə 0,66 faiz, kommersiya obyektlərinin icarəsi bazarında isə 1,69 faiz azalıb.

Bizimxeber.az 


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə