Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyəti azaldıldı
Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyəti azaldıldı
30 Sentyabr 2016 / 18:35 / Baxış sayı: 1198
Font1 Font2 Font3 Font4

Prezident İlham Əliyev “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 1944 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.

Bizimxeber.az -ın AzərTac-a istinadən məlumatına görə, edilən dəyişikliklə “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq səhmdar Cəmiyyəti Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindən çıxarılıb.  Bundan başqa, sərəncamda aşağıdakı dəyişikliklər edilib:

Загрузка...

 3.1-ci bənd aşağıdakı redaksiyada verilib:
“3.1. Azərbaycan Respublikasının Prezidentinə:
3.1.0. Cəmiyyətin Nizamnaməsinin və nizamnamə kapitalının miqdarının müəyyən edilməsi.”;
3.2.2-ci və 3.2.3-cü yarımbəndlər aşağıdakı redaksiyada verilib:
“3.2.2. Cəmiyyətin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi;
3.2.3. Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin beş faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi;”;

3.2.4-cü yarımbənddə “Cəmiyyətin” sözündən sonra “İdarə Heyətinin sədrinin təqdimatı əsasında” sözləri əlavə edilib;

3.2.5-ci yarımbənd və 7.1-ci bənd ləğv edilib;

5-ci hissə aşağıdakı redaksiyada verilİb:

“5. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi:

5.1. Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə birlikdə Cəmiyyətin dövlət qeydiyyatına alınması üçün tədbirlər görülməsini təmin etsin;

5.2. Cəmiyyətin fəaliyyətinin təmin edilməsi məqsədilə bir ay müddətində onun müvafiq yerlərlə təmin edilməsi üçün tədbirlər görsün.”;

1.7. aşağıdakı məzmunda 6.3-cü bənd əlavə edilsin:

“6.3. Nizamnaməsi təsdiq edildikdən sonra Cəmiyyətin strukturunu bir ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq təsdiq etsin.”.

Bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə