Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

OPEKin növbədənkənar iclasında nələr müzakirə olunacaq?
OPEKin növbədənkənar iclasında nələr müzakirə olunacaq?
27 Sentyabr 2016 / 18:34 / Baxış sayı: 628
Font1 Font2 Font3 Font4

Sabah Əlcəzairdə Neft İxrac Edən Ölkələr Birliyi – OPEK-in növbədənkənar iclası keçirilə bilər.

Rusiya mətbuatı xəbər verir ki, bu barədə təşkilatın baş katibi Məhəmməd Barkindo jurnalistlərə müsahibəsi zamanı bildirib.

Onun sözlərinə görə, bu gün və sabah keçiriləcək qeyri-formal görüşlərdə konsensus əldə olunarsa OPEK üzvləri sabah ümumi iclas keçirə bilər.

Загрузка...

“Mümkün olmayan heç nə yoxdur. Hər şey bu gün və sabah tərəflərin öz aralarında apardıqları məsləhətləşmələrdən asılı olacaq”, – deyə M.Barkindo qeyd edib.

O, həmçinin İran neft naziri Bican Zanqane və Səudiyyə Ərəbistanınınm sənaye və mineral ehtiyatlar naziri Xalid əl-Falehlə görüş keçirdiyini, danışıqlarda müəyyən irəliləyişin əldə olunduğunu deyib. Baş katib Doha sammitindən fərqli olaraq bu dəfə təşkilata üzv ölkələrin danışıqlarının səviyyəsindən razı qaldığını vurğulayıb.

“Report”un analitik qrupu hesab edir ki, sabah OPEK-in ümumi iclasının keçiriləcəyi anons edilərsə, bu hər hansı anlaşmanın əldə olunması ehtimalını artıracaq.

Qeyd edək ki, Rusiya tərəfi bir qədər əvvəl Əlcəzair sammitində iştirak etməyəcəyini açıqlayıb. Bu isə iclasda hər hansı qərarın qəbul olunması ehtimalını azaldır və tərəflərin yalnız növbəti görüşün tarixini razılaşdıracağını düşünməyə əsas verir.

Bizimxeber.az 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə