Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Beynəlxalq Bank kiçiləcək” – Nazir
“Beynəlxalq Bank kiçiləcək” – Nazir
26 Sentyabr 2016 / 13:51 / Baxış sayı: 610
Font1 Font2 Font3 Font4

“Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması prosesi gedir. Lakin proses olduqca mürəkkəbdir”. Bunu maliyyə naziri Samir Şərifov deyib.

“Sağlamlaşdırma proseduru dünya praktikasında qəbul olunmuş prosesdir. Bilirsiniz ki, Beynəlxalq Bankın toksik aktivləri “Aqrarkredit” qeyri-bank kredit təşkilatına ötürülür, bunun müqabilində “Aqrarkredit” banka ödəniş edir. Əfsuslar olsun ki, bankın sabiq rəhbərliyinin yarıtmaz fəaliyyəti nəticəsində bank böyük həcmlərdə xaricdən borclanıb. Bir tərəfdən bankın xarici valyutada öhdəlikləri, digər tərəfdən isə “Aqrarkredit” aktivləri manatla alır. İstər-istəməz natarazlıq yaranır.

Загрузка...

Bu həcmdə manat kütləsinin bazara çıxması arzuolunmazdır, çünki manatın məzənnəsinə mənfi təsir edə bilər. Buna görə, bu proses makroiqtisadi vəziyyətlə uzlaşdırılır. Dövlət bankın sağlamlaşdırılmasını öz üzərinə götürüb və əsas məsələlərdən biri də əmanətçilərin maraqlarıdır. Söhbət ən iri bankdan gedir və onun problemlə üzləşməsi əmanətçilərə zərbə olar. Bundan başqa, adıçəkilən bankın problemlə üzləşməsi Azərbaycanın xarici nüfuzuna da xələl gətirə bilər. Sağlamlaşdırma prosesində dəyişmiş makroiqtisadi şərait nəzərə alınmalıdır.

Mərkəzi Bank hal-hazırda məqsədyönlü monetar siyasət yürüdür. Biz də Mərkəzi Banka zəruri dəstək veririk. Ona görə, böyük həcmdə manat kütləsinin bazara çıxması yolverilməzdir. Sağlamlaşdırma prosesinin əsas məqsədlərindən biri də odur ki, biz bu bankı bir qədər kiçiltməliyik. Xarici öhdəliklər qaytarıldıqdan sonra bankın həm aktivləri, həm də passivləri ciddi şəkildə azalacaq”, – deyə nazir bildirib.

Bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə