Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Azad seks istəyirsinizsə…” – Murad Arifdən homoseksuallara
“Azad seks istəyirsinizsə…” – Murad Arifdən homoseksuallara
21 Sentyabr 2016 / 19:22 / Baxış sayı: 574
Font1 Font2 Font3 Font4

“Dünyanın başına hava gəlib. Xarici səhifələrdə, hər yerdə müharibə şəraitində ölən uşaqlardan çox, kişi kimi yaşamaq istəyən qadınların və qadın kimi yaşamaq istəyən kişilərin təəssübünü çəkən dünya ulduzlarını görürəm. “Bərabərlik” söhbətləri artıq iyrəncdir”.

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni-bəstəkar Murad Arif yazıb.

Загрузка...

Sənətçi eynicinslilərin nikahına qarşı olduğunu bildirib:

“Ona görə yox ki, kiminsə hüquqlarını danıram. Bilirsiniz ki, şou-biznes əhli olmaq mütəmadi şəkildə ən müxtəlif və “rəngbərəng” sənətçilərlə səmimi ünsiyyətdə olmaq deməkdir. İnsandılar, hər kəsin öz həyatı, öz qaydaları var. Burun soxmağa tərbiyəm yol verməz. Həm də Freddie Mercury, Oskar Uald, Çaykovski, Da Vinçi kimi dahiləri necə sevməyəsən?

Amma bu ümumdünya təbliğatı ona görə iyrəncdir ki, sanki sivil ölkədə yaşayan kişilərin rahatca kalqotka geyinmək hüquqları, acından, susuzluqdan ölən afrikalı, çirkab içində böyüyən, dilənən hindistanlı, zülmlə qırılan müsəlman körpələrin hüquqlarından üstündür. Elə bil diqqət yayındırırlar. Doğrudanmı, geylərin bərabərlik prinsipləri körpə qırğınından önəmlidir? Doğrudanmı, o göyqurşağı bayraqların təbliğatı planetin real ekoloji dərdlərindən önəmlidir? Bu nə isterikadır? Eynicinsli nikahlar ailə institutlarının təməl prinsiplərini dağıtmırmı? “Sevgi paylaşmaq” bəhanəsiylə bir uşaq 2 kişiyə “mama” və “papa” deməlidirmi?

Növbəti addım nədir? İnsest – bacı qardaşla, ana oğulla evlənəcəkmi? Zoofiliya – heyvanlarla cinsi əlaqə təbliğ olunacaqmı? Yoxsa sırada pedofiliyadır? Axı “azad seks” istəyirsinizsə, bu “azadlığı” hara qədər istəyəcəksiniz?

Hardadır dünyanı barışa, sülhə, sevgiyə səsləyən ulduzlar? Hardadır mənəviyyata işləyən kliplər? Hara baxırsan, hamı öpüşür, bədənini açır… Şüarınız “Love wins” olsa da, sizdən “sevgi” duyulmur… Çox abartdınız!

Heç kəsin orientasiyasını mühakimə etmirəm. Əsla! Mən bu təbliğatın əleyhinəyəm”.

Bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə