Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Düşmənin hərbi obyektlərinə nəzarət gücləndirilsin” – MN-də MÜŞAVİRƏ
“Düşmənin hərbi obyektlərinə nəzarət gücləndirilsin” – MN-də MÜŞAVİRƏ
21 Sentyabr 2016 / 18:01 / Baxış sayı: 298
Font1 Font2 Font3 Font4

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Müdafiə Nazirliyinin rəhbər heyətinin iştirakı ilə xidməti müşavirə keçirilib. Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, müşavirədə regionda mövcud olan hərbi-siyasi vəziyyət təhlil edilərək müəyyən edilmiş əsas istiqamətlər üzrə kəşfiyyatın bütün növlərinin gücləndirilməsi ilə düşmən ərazisindəki yeni hədəflərin aşkar olunması, onların əhəmiyyətinin qiymətləndirilməsi və məhvedilmə ardıcıllığının müəyyənləşdirilməsi, Quru Qoşunlarının birlik və birləşmələri, Hərbi Hava Qüvvələri, Raket və Artilleriya Qoşunları, Xüsusi Təyinatlı Qüvvələr, Silahlı Qüvvələrin digər növ və qoşun qisimlərinin qarşılıqlı əlaqədə fəaliyyətinin artırılmasına xüsusi diqqət yönəldilib.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmiz üçün yarana biləcək istənilən hərbi təhdid ehtimalını nəzərə alaraq düşmənin bütün ərazisindəki strateji və hərbi təyinatlı obyektlərə nəzarətin gücləndirilməsi, zərurət yaranarsa, onların əhəmiyyətinə görə dərhal məhv edilməsinə hazır olmaqla bağlı müvafiq tapşırıqlar verib. Nazir xüsusi vurğulayıb ki, Silahlı Qüvvələrin sərəncamında olan raket-artilleriya qurğu və sistemləri bu tapşırıqları dəqiqliklə yerinə yetirməyə imkan verir.

Загрузка...

Bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə