Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Mikayıl Cabbarov keçmiş müdirə yeni vəzifə verdi
Mikayıl Cabbarov keçmiş müdirə yeni vəzifə verdi
21 Sentyabr 2016 / 16:15 / Baxış sayı: 754
Font1 Font2 Font3 Font4

Sumqayıt Şəhər Təhsil Şöbəsinin keçmiş müdiri Vidadi Bağırov Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsində sektor müdiri təyin edilib. Bu barədə azvision.az-a V.Bağırov özü məlumat verib. O, bir həftədir vəzifəsinin icrasına başladığını deyib.

Qeyd edək ki, V.Bağırov 1989-cu ildən 1997-ci ilə qədər Təhsil Nazirliyinin ümumtəhsil məktəbləri şöbəsində çalışıb. 1997-ci ildə isə Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin olunub. 22 oktyabr 2012-ci il tarixində bu vəzifədən öz istəyi ilə azad olunub.

Загрузка...

Bir müddət Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsində baş məsləhətçi vəzifəsində çalışıb. Daha sonra isə Qafqaz Universitetində təhsil müəssisələri ilə iş şöbəsinin müdiri olub. O, 2009-cu ildə “Əməkdar müəllim” fəxri adına layiq görülüb, eyni zamanda “Tərəqqi” medalçısıdır.

Bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə