Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Sürücülər kondisionerləri idarə edə bilmirlər” – Nəqliyyat agentliyi
“Sürücülər kondisionerləri idarə edə bilmirlər” – Nəqliyyat agentliyi
20 Sentyabr 2016 / 16:39 / Baxış sayı: 344
Font1 Font2 Font3 Font4

Bakıda kondisionerli avtobusların istifadəyə verilməsi sərnişinləri sevindirsə də, bəzi problemlər də yaradıb. Belə ki, sürücülər kondisionerlərlə işləməyi hələ bacarmadıqlarından sərnişinləri qane edən hava sistemini təmin edə bilmirlər.

Yeni alınan avtobusların salonlarının dərin, havasız olduğu faktdır. Havalanma sistemi olmadan bu avtobuslarda dayanmaq mümkün deyil. Kondisioner qoşulduqda salon çox soyuq, söndürüldükdə isə çox isti olur. Buna görə də sürücülər yol boyu “kondisioneri yandır” və ya “söndür” deyə narazılıqlar eşitməkdən bezdiklərini deyirlər. Problemdən çıxış yolu nədədir? 

Загрузка...

Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova Qaynarinfo.Az-a açıqlamasında deyib ki, hazırda bu problemi həll etmək mümkün deyil:”Avtobuslarda kondisionerin olması daşıyıcılar qarşısında şərt olaraq qoyulub. Amma bunun iki-üç ay müddətində həyata keçirilməsi mümkün deyil. Kondisioneri olmayan avtobuslara gələn il mayın 25-dək vaxt verilib. Amma hansı avtobuslarda kondisioner varsa, sentyabrın 15-dək qoşulmalıdır.

Qurum rəsmisinin sözlərinə görə, kondisionerin dərəcəsini dəyişmək sürücüdən asılı olan məsələ deyil: “Çünki o avtobuslarda əvvəlcədən dərəcə 20-ə qoyulub. Bu məsələ əvvəlcədən texniki heyət tərəfindən tənzimlənir. Sürücülərin bu tonu dəyişmək imkanları yoxdur”.

N.Allahyarova deyib ki, gələn il mayın 15-dək avtobusların kondisionerlə təmin olunması məsələsi həllini tapacaq: “Kondisionerlərin aşağı-yuxarı həddinin sürücülər tərəfindən tənzimlənməsi məsələsi də yanaşı olaraq həll ounacaq”.

Bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə