Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

48 yaşlı İran velosipedçisi Paralimpiya Oyunları zamanı öldü – VİDEO
48 yaşlı İran velosipedçisi Paralimpiya Oyunları zamanı öldü – VİDEO
18 Sentyabr 2016 / 10:23 / Baxış sayı: 580
Font1 Font2 Font3 Font4

İran velosipedçisi Bəhmən Qolbarnejad Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarında şosse yarışı zamanı qəzaya düşüb və xəstəxanaya aparılarkən yolda keçinib.

Bizimxeber.az xəbər verir ki, bu barədə Braziliyanın “Qlobo” telekanalı məlumat yayıb.

Загрузка...

48 yaşlı Qolbarnejad yarış zamanı yıxılıb və kəllə-beyin travması alıb. Xəstəxanaya aparılarkən isə onun yolda ürəyi dayanıb və həkimlər idmançının həyatını xilas edə bilməyiblər. İranın Paralimpiya Komitəsi onun öldüyünü artıq təsdiq edib.

Yarış zamanı avstraliyalı Alistayr Donohoe və ukraynalı Yeqor Dementyev də zədələnib. Bu 2 idmançının toqquşma səhnəsini təqdim edirik:

 

Qeyd edək ki, Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarına sentyabrın 18-də yekun vurulacaq. Bağlanış mərasimi zamanı 1 dəqiqəlik sükut elan olunacaq. Bundan başqa, Paralimpiya kəndində və voleybol üzrə İran – Bosniya və Herseqovina finalında Paralimpiya bayrağı yarıyadək endiriləcək.

Bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə