Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Buğdanın qiyməti bahalaşdı
Buğdanın qiyməti bahalaşdı
14 Sentyabr 2016 / 12:47 / Baxış sayı: 302
Font1 Font2 Font3 Font4

Dövlət Taxıl Fondu üçün yüksək keyfiyyətli buğdanın tədarükünün vaxtı 1 noyabr 2016-cı il tarixinədək uzadılıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Bizimxeber.az-a verilən xəbərə  görə, yerli buğda istehsalçılarından tədarük olunan keyfiyyətli buğdanın qiyməti də bahalaşıb. Bir ton buğda  280 manata alınacaq.

Xatırladaq ki, FHN Dövlət  Material Ehtiyatları Agentliyi bu il iyunun 21-dən etibarən Taxıl Fondu üçün buğda qəbuluna başlayıb. İlk mərhələdə bir ton üçün 270 manat qiymət qoyulub.

Əlavə məlumat almaq üçün Fövqəladə Hallar Nazirliyinin www.fhn.gov.az saytına, 012-512-50-25 və 070-271-71-33 telefon nömrələrinə, habelə “112” qaynar xəttinə müraciət etmək olar.

Загрузка...

Bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə