Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Gənc polislərimiz and içdi -FOTO
Gənc polislərimiz and içdi -FOTO
13 Sentyabr 2016 / 13:50 / Baxış sayı: 276
Font1 Font2 Font3 Font4

Bu gün Daxili İşlər Nazirliyinin Polis Akademiyasına yeni qəbul olunmuş və ilkin hərbi hazırlığı başa vurmuş müdavimlərin andiçmə mərasimi keçirilib.

DİN-nin mətbuat xidmətindən Qaynarinfo.Az-a verilən məlumata görə, əvvəlcə Ulu ÖndərHeydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların, həmçinin xidməti tapşırıqları yerinə yetirərkən həlak olan polis əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Загрузка...

Sonra müdavimlər sıra meydanında öz yerlərini tutaraq polis andı içiblər. Kursant Mübariz Ağayev müdavimlər adından çıxış edərək bildirib ki, bu gün onların həyatında ən əlamətdar günlərdən biridir. Ali təhsil məktəbləri sırasında öz nüfuzu, yüksək elmi potensialı, güclü maddi-texniki bazası ilə seçilən Polis Akademiyasında təhsil almaq çox qürurverici və şərəflidir.

Akademiyanın rəisi, polis general-mayoru Nazim Əliyev polis andını qəbul edən müdavimlərə respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun təbrikini və ən xoş arzularını çatdırıb. Andiçmə mərasimi təntənəli keçidlə başa çatıb.

Bizimxeber.az

 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə