Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Şəhid ailəsi üzvü olan magistrlər təhsil haqqından azad ediləcək
Şəhid ailəsi üzvü olan magistrlər təhsil haqqından azad ediləcək
09 Sentyabr 2016 / 17:12 / Baxış sayı: 596
Font1 Font2 Font3 Font4

Azərbaycanda müvafiq icra hakimiyyəti orqanının (AMEA) müəyyən etdiyi elmi təşkilatda ödənişli formada təhsil alan şəhid ailəsi üzvləri də təhsil haqqından azad ediləcək.

Trend bildirir ki, bu məsələ Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna dəyişikliklərin edilməsini nəzərdə tutan layihədə öz əksini tapıb.

Загрузка...

İclasda qeyd edilib ki, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna təklif edilən yeni dəyişiklikliyə əsasən, AMEA-nın müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində oxuyan həmin şəxslərin təhsil haqqı dövlət tərəfindən ödəniləcək.

Təklif olunan dəyişikliklər “Təhsil haqqında” qanuna uyğunlaşdırmaq məqsədi daşıyır.

“Təhsil haqqında” qanuna təklif edilən yeni əlavədə “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilat” anlayışı müəyyənləşdirilib. Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilat- magistr təhsil proqramı əsasında təhsil prosesini həyata keçirən və məzunlara magistratura səviyyəsində təhsil haqqında dövlət sənədi verən qurumdur.

Bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə