Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Goranboyda polis qəzaya düşdü
Goranboyda polis qəzaya düşdü
09 Sentyabr 2016 / 11:35 / Baxış sayı: 1138
Font1 Font2 Font3 Font4

Goranboy rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Hadisə Goranboy-Ağcakənd avtomobil yolunda qeydə alınıb. “Opel Astra” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb və maşın yolun kənarına aşıb.

Qəza zamanı sürücü, Goranboy rayon sakini, 1978-ci il təvəllüdlü Şirin Quliyev və sərnişin, Xocalı rayon Polis Şöbəsinin əməkdaşı, 1987-ci il təvəllüdlü Əhəd Qəhrəmanov müxtəlif bədən xəsarətləri alaraq Goranboy Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətlərinin ağır olduğu bildirilir. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Загрузка...

Bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə