Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Moskvada Qarabağla bağlı müzakirələr aparılacaq
Moskvada Qarabağla bağlı müzakirələr aparılacaq
08 Sentyabr 2016 / 10:40 / Baxış sayı: 720
Font1 Font2 Font3 Font4

Bu gün Rusiya paytaxtında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsləhətləşmələr keçiriləcək.

APA-nın verdiyi məlumata görə, ATƏT-in Minsk Qrupu həmsədrləri olan İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Andrie (Fransa) növbəti məsləhətləşmələr üçün Moskvada toplaşıblar.

Загрузка...

Məsləhətləşmələrdə ATƏT sədrinin şəxsi köməkçisi Anjel Kaspşik də iştirak edəcək.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı aktual məsələlərin müzakirə olunacağı, mayın 16-da Vyanada və iyunun 20-də Sankt-Peterburqda keçirilən görüşlərdə əldə olunmuş razılaşmaların reallaşdırılmasının gedişatına xüsusi diqqət yetiriləcəyi bildirilib.

Rusiya XİN-dən sayta verilən məlumata görə, həmsədrlərin bu görüşü hər il mütəmadi olaraq Vaşinqton, Paris və Moskvada keçirilən məsləhətləşmələrdən biridir. Görüşün əsas məqsədi üç ölkənin Qarabağ nizamlanması ilə bağlı səylərinin koordinasiyasıdır. Bundan başqa nazirlikdən bildirilib ki, həmsədrləri Rusiya XİN rəhbərliyi də qəbul edəcək.

Bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə