Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Prezident səfirlərlə bağlı sərəncam imzaladı-YENİLƏNİB
Prezident səfirlərlə bağlı sərəncam imzaladı-YENİLƏNİB
06 Sentyabr 2016 / 19:05 / Baxış sayı: 808
Font1 Font2 Font3 Font4

Bizimxeber.az saytı məlumat verir ki, Prezident İlham Əliyev Azər Xudayar oğlu Xuduyevin Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycan Respublikasının Argentina Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Загрузка...

İlham Əliyev, həmçinin Əliyənnağı Mehti oğlu Hüseynovun İran İslam Respublikasının Təbriz şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında sərəncam imzalayıb.

***18:54

Bizimxeber.az saytı xəbər verir ki, Prezident İlham Əliyev Pərviz Oqtay oğlu Şahbazovun Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Namiq Həsən oğlu Əliyev Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Qeyd edək ki, P.Şahbazovun atası Oqtay Şahbazov prezidentin işlər müdiridir.

Bizimxeber.az 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə