Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Deyirlər, qəzetin qeydiyyat tarixi köhnədir” -Rahim Hacıyev
“Deyirlər, qəzetin qeydiyyat tarixi köhnədir” -Rahim Hacıyev
06 Sentyabr 2016 / 15:00 / Baxış sayı: 752
Font1 Font2 Font3 Font4

27 il fəaliyyət göstərmiş “Azadlıq” qəzeti çapını dayandırmalı olub. Qaynarinfo.Az-a açıqlama verən qəzetin baş redaktorunun birinci müavini Rəhim Hacıyev deyib ki, buna səbəb qəzetin “Azərbaycan” Nəşriyyatına olan borcudur:

“Azərbaycan” Nəşriyyatı sentyabrın 5-nə qədər borcun əhəmiyyətli hissəsinin ödənilməsi üçün “Azadlıq”a vaxt vermişdi. Amma qəzetin maliyyə direktoru Faiq Əmirli həbs edildiyi üçün biz qəzetin bank hesabından istifadə edə bilmirik. Bunun üçün başqa bir şəxsin bu səlahiyyəti imza nümunəsi təsdiq edilməlidir. Bu problemin həlli üçün müraciət etdiyimiz səlahiyyətli dövlət orqanı imza nümunəsi təsdiqindən imtina edib. İmza nümunəsinin təsdiqi üçün zəruri sənədlərin qaydasında olmadığı əsas gətirilib”.

Загрузка...

Rahim Hacıyevin sözlərinə görə, yeni imzanın təsdiqi üçün müraciət etdikləri notariat kontorunda onlara deyiblər ki, bunu üçün əvvəlcə qəzet qeydiyyatdan keçməlidir:”Bizə dedilər ki, qəzetin qeydiyyatı köhnə tarixədir, qəzeti yenidən qeydiyyatdan keçirməliyik. Məsələ burasındadır ki, indiyədək bununla bağlı heç bir problemlə üzləçməmişik. İndi birdən-birə deyirlər ki, qəzetin qeydiyyat tarixi köhnədir”.



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə