Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Elman Rüstəmov ilin ən yaxşı bankiri reytinqində gerilədi
Elman Rüstəmov ilin ən yaxşı bankiri reytinqində gerilədi
05 Sentyabr 2016 / 15:46 / Baxış sayı: 582
Font1 Font2 Font3 Font4

“Global Finance” jurnalı “The World’s Central Bankers 2016” reytinqini açıqlayıb.

“APA-Economics” xəbər verir ki, reytinqdə ənənəvi olaraq dünyanın mərkəzi banklarının rəhbərlərinin fəaliyyəti qiymətləndirilib.

Загрузка...

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov “D” reytinqinə layiq görülüb. Qeyd edək ki, ötən il jurnal Azərbaycanın baş bankirinə “C” reytinqi verib. Beləliklə, E. Rüstəmov reytinqdə geriləyib. Nəşr Azərbaycanı Asiya ölkələri sırasında göstərib. E. Rüstəmov isə həmin regionda ən aşağı reytinq alan baş bankirdir. Həmin bölgənin ən yaxşı baş bankiri Filippin Mərkəzi Bankının rəhbəri Amando Tetanqkodur (Amando Tetangco).

Həmin regionda göstərilən Avstraliya, Şri-Lanka, Banqladeş, Malayzaiya, Vyetnam və Hindistanın baş bankirlərinə reytinq verilməyib.

Bizimxeber.az 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə