Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Sakinlər Bakıda yolu bağladı, polislər qazdan istifadə etdi -VİDEO
Sakinlər Bakıda yolu bağladı, polislər qazdan istifadə etdi -VİDEO
03 Sentyabr 2016 / 18:23 / Baxış sayı: 324
Font1 Font2 Font3 Font4

 

Sentyabrın 3-də Bakının Yasamal rayonunun Qanlıgöl deyilən ərazisində polislə sakinlər arasında qarşıdurma yaranıb. Sakinlər evlərinin sökülməsinə etiraz edərək yaxınlıqdakı yolu bağlayıblar. Onlar evlərinin niyə sökülməsindən xəbərsizdirlər və heç bir kompensasiya ödənmədiyini deyirlər.

 

Azadlıq Radiosuna danışan Sakin Zərxanım Tapdıqovanın sözlərinə görə, bir neçə gün öncə Yasamal rayonu İcra Hakimiyyətindən gəlib deyiblər ki, ev söküləcək və əvəzində heç bir kompensasiya almayacaqlar: «Evimi uçurtdular, bir neçə toyuğum vardı, hini də uçurtdular, niyəsini bizə demirlər».

Digər sakin Nicat Hüseynov deyir ki, onlara dünən – sentyabrın 2-də heç bir əsas gətirmədən evlərini boşaltmaqla bağlı xəbərdarlıq ediblər: «Dünən gəldilər ki, evi boşaldın, söküləcək. Nə səbəbini deyirlər, nə pul verirlər. Bu gün gəlib camaatın tövləsində inəyi-danası, başına uçurtdular».

Загрузка...

Nicat Hüseynov deyir ki, evlərinin sökülmə səbəblərindən xəbərsizdirlər.

Bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə