Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Qadın pilotun ölümü ilə bağlı cinayət işi başlandı
Qadın pilotun ölümü ilə bağlı cinayət işi başlandı
02 Sentyabr 2016 / 17:23 / Baxış sayı: 680
Font1 Font2 Font3 Font4

Bakı Şəhər Prokurorluğu pilot qadının ölümü ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Prokurorluqdan Bizimxeber.az-a verilən məlumata görə, Dilarə Babayevanın vəfatı ilə bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. D. Babayevanın və onun bətnindəki körpənin meyitlərinin daxili və xarici müayinəsi aparılıb. Ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə məhkəmə-tibbi ekspertizaları təyin edilib. Hazırda iş üzrə zəruri-istintaq tədbirləri davam etdirilir.

Загрузка...

Qeyd edək ki, məlum hadisə bir neçə gün əvvəl baş verib. İlkin olaraq zəhərlənmə ehtimalı ilə 1 saylı şəhər xəstəxanasına daxil olan 1986-cı il təvəllüdlü Babayeva Dilarə Aydın qızı orada ölüb. D. Babayeva xəstəxanaya daxil olarkən hamilə olub və onun bətnindəki 36 həftəlik körpəsi də tələf olub. Kapitan rütbəli D. Babayeva Dövlət Sərhəd Xidmətinin pilotu olub.

Bizimxeber.az 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə