Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Özbəkistanda dövlət bayraqları yarıya endirildi YENİLƏNİB
Özbəkistanda dövlət bayraqları yarıya endirildi YENİLƏNİB
02 Sentyabr 2016 / 18:39 / Baxış sayı: 1326
Font1 Font2 Font3 Font4

“Paytaxt Daşkənd daxil olmaqla ölkənin bütün şəhərlərində dövlət bayraqları endirilib. Paytaxta və İslam Kərimovun dəfn ediləcəyi Səmərqənd şəhərlərinə giriş-çıxış ciddi nəzarətə götürülüb. Hazırda bütün dövlət adamları Səmərqənddə, İslam Kərimovun anadan olduğu şəhərdədir. Onun ata evinə isə minlərlə səmərqəndli axın edir”.

Bu barədə lent.az-a Özbəkistandakı mənbə bildirib. Mənbənin dediyinə görə, hazırda Özbəkistanda qeyri-rəsmi fövqəladə vəziyyətdir. İslam Kərimov sabah Səmərqənddə dəfn olunacaq. O, Şahizində qəbirstanlığında, anası və iki qardaşıyla yanaşı dəfn ediləcək.

Загрузка...

***12:38

Bu dəqiqələrdə Reuters agentliyi Özbəkistan prezidenti İslam Kərimovun öldüyü haqda xəbər yayıb.

Xəbərdə üç ayrı diplomatik mənbəyə istinad edilir. Kərimovun nə zaman öldüyü haqda məlumat verilmir.

Bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə