Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Əli Kərimlinin qaynı azadlığa çıxır?
Əli Kərimlinin qaynı azadlığa çıxır?
01 Sentyabr 2016 / 16:49 / Baxış sayı: 1028
Font1 Font2 Font3 Font4

Bu gün Bakı Apellyasiya Məhkəməsində “Texnika Bank”ın Yasamal filialının sabiq sədr müavini Elnur Seyidovun xəstəliyinə görə vaxtından əvvəl cəzadan azad edilməməsi ilə bağlı Qaradağ Rayon Məhkəməsinin qərarından verilmiş apellyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim İlqar Murquzov sədrlik edib. Məhkəmə prosesi sentyabrın 8-ə təyin edilib.

Загрузка...

Xatırladaq ki, Elnur Seyidov 2012-ci ilin martında “Texnikabank” işinə görə həbs edilib. Elnur Seyidov 7 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Elnur Seyidovun səhhətində ciddi problemlər var. O, təhlükəli xəstəliklər kateqoriyasına aid edilən dağınıq sklerozdan əziyyət çəkir. Onu da xatırladaq ki, E.Seyidov AXCP sədri Əli Kərimlinin qaynıdır.

Bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə