Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İlham Əliyev də İslam Kərimovu təbrik etdi
İlham Əliyev də İslam Kərimovu təbrik etdi
01 Sentyabr 2016 / 12:20 / Baxış sayı: 774
Font1 Font2 Font3 Font4

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan prezidenti İslam Kərimovu təbrik edib.

Virtualaz.org-un məlumatına görə, təbrikdə deyilir: “Özbəkistanın milli bayramı – Müstəqillik günü münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.

Загрузка...

Sizin rəhbərliyinizlə qardaş Özbəkistan dövlətçiliyin və hüquqi qaydanın möhkəmlənməsində, sosial-iqtisadi inkişafda böyük uğurlar qazanıb.

Əminəm ki, xalqlarımız arasında dərin tarixi köklərə malik olan ənənəvi dostluq, qarşılıqlı dəstək münasibətləri bundan sonra da Azərbaycan-Özbəkistan əməkdaşlığının və tərəfdaşlığının dinamik inkişafı və dərinləşməsi üçün etibarlı təməl olacaq.

Hörmətli İslam Abduqəniyeviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, qardaş Özbəkistan xalqına sülh və firavanlıq diləyirəm”.

Bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə